“Mançester Yunayted”lə mövsümün sonunda müqaviləsi bitəcək David De Xeanın gələcək karyerası sual altındadır.
Offsideplus.az xəbər verir ki, “Yuventus” ispan qolkiper üçün MY ilə danışıqlara başlayıb. “Mançester Yunayted”in De Xea üçün “Yuventus”dan 85 milyon avro tələb etdiyi, Turin təmsilçisinin də məbləğin yüksək olması səbəbindən, futbolçunun transferindən vaz keçdiyi bildirilib.
De Xea cari mövsümdə MY formasıyla 23 qarşılaşmada iştirak edib və qapısında 23 qol görüb. 28 yaşlı qolkiper 4 oyunda qapısını toxunulmaz saxlayıb.