"Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo rekord göstəriciyə nail olub.

Offsideplus.az klubun İnstagram hesabına istinadən xəbər verir ki, futbolçu ilk 16 matçda 10 qol vurub. İndiyədək "Yuventus"un heyətində heç bir futbolçu bu qədər qısa müddətdə rəqib qapısından 10 top keçirməyib.
Ulduz hücumçu futbol tarixində də yeni rekorda imza atıb. Futbolçu bu ilkə Avropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub. O, Madridin "Real" klubunda da 311 dəfə fərqlənib.