İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli Mario Balotelli haqda maraqlı açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, 61 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında bunları deyib: “Balotelli hökumət kimi futbolçudur. İnsanları bir-birinə bölür. Sevənidə var, sevməyəni də.

Prandelli məşqçi karyerası ərzində “Parma”, “Roma”, “Fiorentina”, “Qalatasaray”, “Valensiya” kimi klublarda da çalışıb. O, 2010-2014-cü illər aralığında İtaliya millisinin də baş məşqçisi olub. O bir daha ölkə xaricində komanda çalışdırmayacağını bildirib.