"Yuventus” klubu "Mançester Yunayted”in gənc hücumçusu Markus Reşfordu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin 21 yaşlı hücumçusunun sərgilədiyi oyun "Qoca sinyora"nın məşqçilər korpusunun diqqətini çəkib.
Turin təmsilçisi hələlik qarşı tərəfə rəsmi təklif göndərməsə də, bunun yaxın gələcəkdə baş verəcəyi proqnozlaşdırılır.
"Qırmızı şeytanlar”ın sıralarında 4-cü mövsümü keçirən Markus bu müddətdə 136 oyuna çıxaraq 34 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubuyla olan müqaviləsinin müddəti isə 2020-ci ildə başa çatır.