"İnter" "Breşia"nın yarımmüdafiəçisi Sandro Tonalini heyətdə görmək istəyir.
Offsideplus.az xəbər verir ki, tərəflər artıq danışıqlara başlayıb. “Neradzurra" ilkin variantada 15 milyon avro, üstəgəl bonus təklif edib. "Breşia" prezidenti 18 yaşlı Tonali üçün 25 milyon avro tələb edir. Gənc yarımmüdafiəçi "Yuventus" və "Roma"nın da diqqət mərkəzindədir. Həmçinin "Çelsi" və "Mançester Siti"nin də futbolçuya maraq göstərdiyi deyilir. Tonali özü isə İtaliyada qalacağını deyib. Futbolçu B seriyasında "Breşia"nın heyətində bu mövsüm 11 matçda meydana çıxıb, 1 dəfə fərqlənib. Bu ayın əvvəllərində İtaliya millisinə çağırılıb.