“Milan” ciddi itki ilə üzləşib.

Offsideplus.az  “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Cakomo Bonaventura zədələnib.

Xəbərdə futbolçunun müayinədən keçəcəyi, böyük ehtimalla, əməliyyat olacağı bildirilib. 29 yaşlı futbolçunun əməliyyat olacağı təqdirdə, 3-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Milan”da Mattia Kaldara, Mateo Mussakio və Lukas Biqlia da zədədən əziyyət çəkir. Hər üç futbolçunun 2019-cu ildə yaşıl meydanlara qayıdacağı gözlənilir.

Ürəyində problem olan İvan Stiriniçin isə artıq sağaldığı və yenidən komandayla birgə məşqlərə başlayacağı deyilir.