Türkiyə millisi və "Yuventus"un üzvü Kenan Yıldızın gələcəyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi futbolçu ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 20 yaşlı vinger 2030-cu ilin yayına qədər "Yuventus"un şərəfini qoruyacaq.



