“Roma” klubu Donyell Maleni heyətinə qatmaq üçün “Aston Villa” ilə razılaşma əldə edib.

Offsideplus.az xəbər verir ki, transfer icarə əsasında reallaşacaq.

İcarə müqaviləsinə sonradan məcburi satınalma öhdəliyi daxil edilib, yəni Malenin çıxışı müvəqqəti olsa da, müəyyən şərtlər yerinə yetiriləcəyi halda transfer daimi olacaq.

Razılaşmanın yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.