İtaliya A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "İnter"i çalışdıran Kristian Kivu dekabrın ən yaxşısı seçilib.

Onun komandası ötən ay çıxdığı 3 oyunun hamısında qələbə qazanmağı bacarıb.

45 yaşlı Kivu ilk dəfə bu mükafatın sahibi olub.

O, 2025-ci ilin yayından "İnter"i çalışdırır. "Neradzuri" hazırda 42 xalla A Seriyasının lideridir.