Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Əvəzedicilər Liqasının 16-cı turunda baş verən hadisələrlə bağlı qərarlar verilib.
“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 70 manat cərimə edilib (maddə 37).
Həmin matçda qonaqları 5 oyunçusu "sarı" ilə cəzalandığına görə Bakı klubu 70 manat cərimələnib.(maddə 37).
Qarşılaşmada "Zirə-2"nin 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib (maddə 43.3).
“Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində meydan sahiblərinin heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “kimyaçılar"a texniki məğlubiyyət verilib (hesab 0:3 saxlanılır), klub 400 manat cərimə edilib (maddə 61.6).