Barcelona-nın yarımmüdafiəçisi Rafinya Çempionlar Liqasının 3-cü turunda fərqlənib.

Offsideplus.az xəbər verir ki, bu qol futbolçu üçün əlamətdar olub.

"Nou Kamp"da keçirilən oyunda İnter-in qapısına yol tapan braziliyalı Kataloniya klubunun tarixində bu turnirdə qol vuran 78-ci oyunçu olub. İndiyə qədər heç bir klubun bu sayda oyunçusu ÇL-də rəqibləri məyus etməyib.