İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqası ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, "qırmızılar" 1/8 finalda PSJ səddini keçə bilməyiblər.

Hərçənd Arne Slotun rəhbərlik etdiyi kollektiv bir həftə öncə səfərdən minimal hesablı qalibiyyətlə dönmüşdü.

Lakin bu dəfə PSJ səfərdə eyni hesabla qalib gələrək, əlavə hissələrin oynanılmasına imkan yaradıb. Cütün taleyi isə penaltilər seriyasında həll olunub. Həlledici məqamda iki zərbəsi qeyri-dəqiq olan liverpullular doğma azarkeşlərinə gecənin şokunu yaşadıblar.

Qeyd edək ki, bundan öncə "Barselona", "Bavariya" və "İnter" 1/4 finala vəsiqə qazanmışdılar.  

ÇL, 1/8 final, cavab görüşü

"Liverpul" - PSJ 0:1 (penaltilər seriyası 1:4)

Osman Dembele, 12

İlk oyun - 1:0