Fransanın PSJ klubu avrokuboklarda şəxsi rekordunu təzələyib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin dünən Çempionlar Liqasının pley-off mərhələsində "Brest" üzərində qazandığı qalibiyyət (7:0) qitəmiqyaslı yarışlarda ən böyük hesablı qələbə olub.
İndiyədək PSJ -nin ən iri hesablı qələbəsi 7:1 olmuşdu. Fransızlar 2001-i ildə İntertoto Kubokunda "Gent"i (Belçika), 2017-ci ildə ÇL-in qrup mərhələsində "Seltik"i (Şotlandiya) darmadağın etmişdilər.
Ümumiyyətlə, PSJ-nin tarixində ən böyük hesablı qələbə 10:0 olub. Bu nəticə 1994-cü ildə Fransa kuboku çərçivəsində "Kot-Şod"la görüşdə qeydə alınıb.
Dünən "Brest"in qapısından 7 cavabsız top buraxması, eyni zamanda Fransa klublarının avrokuboklarda antirekordu sayılır.