Hollandiyanın "Feyenoord" klubuna yeni baş məşqçi təyin olunacaq.

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərələsində srağagün "Milan"ı mübarizədən kənarlaşdıran Rotterdam təmsilçisi yaxın keçmişin məşhur futbolçusu Robin van Persiyə tapışırılacaq. 

Brayan Priskenin bir müddət öncə işdən azad olunmasından sonra "Feyenoord"un baş məşqçi postu boş qalıb. Yeni baş məşqçi təyinatının ən yaxın saatlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Robin van Persi məhz "Feyenoord" məktəbinin yetirməsidir. O, kareyasına burada başladığı kimi (1998-2004-cü illər), burada da bitrib (2018-ci i). 71 oyunda 20 dəfə fərqlənib. 41 yaşlı çalışdırıcı hazırda "Herenven"ə rəhbərlik edir.