İspaniyalı Xosep Qvardiola məşqçilik karyerasında ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 finalına yüksələ bilməyib.
Offsideplus.az xəbər verir ki, dünən turnirin pley-off mərhələsində Madrid "Real"ına məğlubiyyət (1:3) 52 yaşlı çalışdırıcının ən zəif göstəricisini gerçəkləşdirib. O, bundan öncə işlədiyi "Barselona" və "Bavariya"da həmişə 1/16 final mərhələsini adlayıb.
Üstəlik "Mançester Siti" 2012/13 mövsümündən bəri ilk dəfə 1/8 finala yüksələ bilməyib.
""Yeri gəlmişkən, dünənki oyun Xosep Qvardiola-Karlo Ançelotti qarşıdurmasında da tarazlıq yaradıb. İndi şəxsi görüşlərdə hər mütəxəssisin hesabında 6 qələbə var, 2 matç isə heç-heçə nəticələnib.