"Bu, Teo Hernandesin karyerasında ən pis mövsümdür".
Offsideplus.az xəbər verir ki, bu sözəri "Milan"ın sabiq yarımmüdafiəçisi Alessandro Kostakurta Çempionlar Liqasının pley-off mərhələsində "Feyenoord"la uğursuzluqdan sonra deyib.
Yaxın keçmişin ulduz futbolçusu "Milan"ın mübarizəni dayandırmasında birbaşa Hernandesi günahlandırıb: "Teo "Feyenoord"la oyunda sanki tortun üzərinə albalı qoyud. Komandanın mübarizəni dayandırmasında məhz Hernandes günahkardır".
Xatırladaq ki, Teo 51-ci dəqiqədə qırmızı vərəqə almaqla, "Milan"ı azlıqda qoyub. Bundan sonra fəallaşan "Feyenoord" hesabı bərabərləşdirərək, növbəti mərhələyə yüksəlib.