"Lukman dünyada gördüyüm ən pis penalti vurandır".

Offsideplus.az xəbər verir ki, bu sözləri İtaliyanın "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının pley-off mərhələsində "Brügge"yə məğlubiyyətdən (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı çalışdırıcı 61-ci dəqiqədə penaltini şansını qaçıran Ademola Lukmanı sərt tənqid edib: "O, hətta məşqlərdə də 11 metrlik zərbələri pis həyata keçirir. Ancaq görünür, "Brügge" ilə oyunda qol vurduğuna görə həvəsli idi, bu səbəbdən penalti epizodunda topu götürdü. Orada Reteqi və De Keteleare da var idi. Lukanın bu hərəkəti xoşuma gəlmədi".

Qeyd edək ki, məhz penaltinin qaçırılması matçın kuliminasiya nöqtələrindən biri olub. Bundan sonra "Brügge"nin qapısına yol tapa bilməyən Avropa Liqasının son qalibi sensasion şəkildə yarışla vidalaşıb.