Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin qalan 4 matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, gecənin ən maraqla gözlənilən oyunu Madriddə baş tutub. "Erkən final" adlandırılan görüşdə "Real" "Mançester Siti"ni 3:1, ümumi isə 6:3 hesabla məğlub edib. 

Beləliklə, "Borussiya Dortmund", PSJ, PSV və "Real Madrid" Çempionlar Liqasında 1/8 finala yüksələn son 4 komanda olub. 

Çempionlar Liqası, pley-off mərhələsi 

"Borussiya Dortmund" - "Sportinq" 0:0 (ilk oyun - 3:0)

PSJ - "Brest" 7:0 (ilk oyun - 3:0)

PSV - "Yuventus" 3:1 (ilk oyun - 1:2 )

"Real" - "Mançester Siti" 3:1 (ilk oyun - 3:2)

***

İlk qarşılaşmada qalib gələn "kral klubu" müəyyən üstünlüyə malik olsa da, bu gecə "Santyaqu Bernabeu"da sürpriz yaşana biləcəyi də istisna deyil. Cavab görüşü ərəfəsində "Mançester Siti"ni ən çox qayğılandıran məsələ ön xətdəki ciddi itkidir. Məsələ burasındadır ki, ingilislərin qol ümidi Erlinq Holland ötən həftə "Nyukasl"la matçda zədə aldığına görə böyük ehtimalla qarşılaşmanı buraxacaq. Hollandın mövqeyində Fil Fodenin oynayacağı gözlənilir.