"Oyun göstərdi ki, biz rəqibdən üstünük. Ancaq hər şeyi ayrı-ayrı epizodlar həll etdi. Zaqreb "Dinamo"su ilə matçda olduğu kimi... O vaxt da qırmızı vərəqə, indi də... Düşünürəm ki, hakimlər çox sərt idilər".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Milan"ın baş məşqçisi Serjio Konseysau Çempionlar Liqası pley-off mərhələsində "Feyenoord"la qarşılaşmadan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı çalışdırıcı növbəti mərhələyə çıxa bilmədiklərinə görə məsuliyyəti öz üzərinə götürüb: "Mən çox səhv buraxdım. Məsuliyyəti Teo Hernandes yox, mən daşıyıram. Biz həddən artıq hirsliyik. Teo meydançadan qovulana qədər "Feyenoord" qapımıza yaxınlaşa bilmirdi".