UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunları start götürüb.

Offsideplus.az xəbər verir ki, İtaliyanın "Milan" klubu gözlənilməz uğursuzluqla üzləşib. Serjiu Konseysaunun yetirmələri 1/16 final mərhələsində Hollandiya təmsilçisi "Feyenoord"la bacarmayıblar. 

Hərçənd, ötən həftə səfərdən məğlubiyyətlə qayıdan "Milan" 37-ci saniyədə hesabı açıb. Ancaq ikinci hissədə "San Siro"dakı hadisələrin gedişi yerli azarkeşlər məyus edib. 51-ci dəqiqədə Teo Hernandes qırmızı vərəqə ilə qovulduğuna görə, meyan sahibləri 10 nəfərlə mübarizə aparıblar. "Feyenoord" say üstünlüyündən yararlanaraq, hesabı bərabərləşdirməklə, italyanları qitənin ən nüfuzlu yarışından uzaqlaşdırıb.

Çempionlar Liqası, pley-off

"Milan" - "Feyenoord" 1:1 (ilk oyun - 0:1)

Himenes, 1 - Karranza, 73

Qırmızı vərəqə: Teo Hernandes, 51