"Real"ın baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Liverpul"a səfər məğlubiyyətini (0:2) dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Bu çətin bir oyun idi. Əvvəldən bəlli idi. Bu, Avropanın ən çətin stadionudur, çünki onların böyük azarkeşləri var. Biz döyüşdük və vuruşduq. Penaltilərə qədər oyunda qaldıq, sonra səviyyəni bir qədər aşağı saldıq. Birinci hissədə yaxşı müdafiə olunduq, amma iki-üç fürsətimiz olduğu üçün əks-hücumlar üzərindən daha yaxşı çıxış edə bilərdik. Komandamı bəyəndim, çünki Avropanın ən çətin rəqibinə qarşı yaxşı mübarizə apardıq".