Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah “Ludoqorest” “Qarabağ”la üz-üzə gələcək. 

Komandamızın səfərdən qələbə ilə dönmək şansı nə qədərdir? Rəqibi üstələmək üçün hansı dəyişiklər edilməlidir? Suallarımıza cavab tapmaq üçün Ramiz Məmmədova üz tutduq. 

Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Qarabağ"ın "Ludoqorest"i keçməsinə demək olar ki, tam inanıram. Heç bir dəyişiklik etmək lazım deyil. Sadəcə, öz oyununu oynamaq lazımdır və "Ludoqorest"i silahı ilə vurmaq lazımdır. Bakıdakı qarşılaşmada onlar həddindən artıq kobudluğa yol verdilər. "Qarabağ" top saxlayan komandadır. Biz də onlardan kobud oyun yox, bir qədər möhkəm oynamalıyıq. Rəqib də futbol ayaqqabılarının altını hiss etməlidirlər. "Qarabağ" bu oyunu keçə bilməsə, faciə olmayacaq. İnşallah, öz yoluna, Avropa Liqasında davam edəcək".