Dünən Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Bolqarıstan klubu "Ludoqorest"lə qarşılaşdı.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
"Qarabağ"ın niyə məğlub oldu? "Köhlən atlar"ın növbəti mərhələ şansları varmı? Suallarımıza cavab tapmaq üçün Azər Bağırova üz tutduq.
Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Dünənki oyun onu göstərdi ki, Çempionlar Liqasının qrupuna düşmək asan olmayacaq. Həm də Qurban müəllimin dünən söylədiyi bir məsələ var idi: "Komandalar arasında fərq çox idi". Yəni, "Linkoln" ilə "Ludoqorets" arasında böyük fərq var idi. Birdən-birə keçid "Qarabağ"a təsirsiz ötüşmədi. Ona görə düşünürəm ki, ikinci oyunda ağdamlılara daha rahat olacaq. Amma rəqib də artıq "Qarabağı" təhlil edib. "Ludoqorest" çox döyüşkən bir komandadır. Bütün mövqelərdə çox yaxşı müdafiə olunurdular. Əsasən də cinahdan və mərkəzdən uzun ötürmələrdən çox yaxşı istifadə edirlər. "Qarabağ" da bundan ehtiyatlı olmalıdır. İki topu bizə cinahlardan vurdular. Növbəti mərhələdə bizim üçün oyun çətin olacaq. Bütün situasiyalara hazır olmaq lazımdır.