UEFA Çempionlar Liqasının III təsnifat mərhələsini püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, bu mərhələdə "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.
Ağdam klubu "Linklon"u keçəcəyi halda, "Ludogorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Bu raundun matçları avqustun 6-7-də və 13-də baş tutacaq.
Xatırladaq ki, “Linkoln” - "Qarabağ" matçı sabah Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 30-da Bakıda oalcaq.