UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə oyunda fərqlənən Luka Modriç tarix yazıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Real"ın heyətində ÇL-də qol vuran ən yaşlı oyunçu olub (36 yaş 362 gün). Sonuncu dəfə "Kral klubu"nun heyətində 1965-ci ildə macarıstanlı hücumçu Ferents Puşkaş Niderland "Feyenoord"una 38 yaş və 173 günlüyündə qol vurub.

Qeyd edək ki, "Seltik" - "Real" matçı 0:3 hesabı ilə yekunlaşıb.