“Real"a qol vursam, qeyd etməyəcəm.
“Real”da mənimlə yaxşı rəftar edirdilər. Komanda ilə birlikdə çox qalib gəlmişəm. Bu, hörmət məsələsidir. Orada xoşbəxt idim”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Real”ın “Bavariya”ya icarəyə verdiyi Xames Rodriqes UEFA-nın saytına açıqlamasında deyib.
O, Madrid klubunun baş məşqçisi Zidanla heç bir probleminin olmadığını bildirib:
"Sadəcə hər həftə oynamaq istəyirəm. Klubdakı hər kəsə minnətdaram. Hazırda “Bavariya”da xoşbəxtəm və təkcə öz oyunum barədə düşünürəm.Gələcək karyeramin necə olacağını bilmirəm. Hazırda bütün diqqətimi “Bavariya”ya yönəltmişəm".
Kolumbiyalı yarımmüdafiəçi bildirib ki, “Real”da oynadığı vaxtlarda bacardığımın ən yaxşısını göstərməyə çalışıb:
"Qol vurmağa çalışırdım, qol epizodları axtarırdım, komanda yoldaşlarıma kömək edirdim. “Real”dan ayrıldığıma görə heç kimi günahlandırmıram. Sadəcə, final yolunda komanda yoldaşlarıma kömək etmək istəyirəm. Hamımız bunun üçün çalışırıq. Stadionda yerli azarkeşlərin məni necə qarşılayacağını bilmirəm. Yerli azarkeşləri xoşlayıram, həmişə onlar üçün maksimumu ortaya qoymuşam. İnanıram ki, məni yaxşı qarşılaşacaqlar".
X.Rodriqesin sözlərin görə, indi daha dərindən oynayır:
“Real”da olduğu kimi, rəqib qapısına çox da yaxın mövqe almıram. “Bavariya”da daha çox hərəkət etmək, geriyə çəkilmək və pressinq eləmək lazım gəlir. Bu tələblər burada bütün oyunçular üçün eynidir”.
Qeyd edək ki, "Real" - "Bavariya" matçı bu gün Bakı vaxtı ilə sat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gəlib.