PSV “Arsenal”a 7:1 hesabı ilə uduzduqdan sonra azarkeşlərinin bilet pullarını geri qaytaracaq.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında “Arsenal” qarşısında 7:1 hesabı ilə məğlub olan PSV klubu stadiona gələn azarkeşlərinin biletlərinin pulunu geri qaytaracaq. Bu qərar azarkeşlərinin göstərdiyi dəstək və böyük məğlubiyyətdən sonra onların məyusluğunu azaltmaq məqsədilə edilib.
Verilən açıqlamada bilet pullarının geri qaytarılması prosesinin yaxın zamanda başlayacağı və azarkeşlərə bununla bağlı əlavə məlumat veriləcəyi bildirilib.