Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, hazırda millinin düşərgəsində olan qolkiper öz ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb:

"Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam, sonra kluba qayıdacam. Bundan sonra orada qarşımıza qoyulan vəzifələri həll etməliyik. Sonra necə olacağına baxarıq".

Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib:

"Rusiya futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm. Amma "Zenit" çempiondur. Bu, dəqiqdir".

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında "Qarabağ"a keçib.