Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
"Offsideplus.az" xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçirilib.
"Qarabağ" Xankəndidə MOİK-i qəbul edib. Tarixi matçda "köhlən atlar" minimal hesabla qalib gəlib - 1:0.
Günün ikinci görüşündə isə "Neftçi" "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə yüksəlib.
Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK - 1:0
Qol: Nəriman Axundzadə, 90+3
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR hakimi: Cavid Cəlilov
VAR hakiminin köməkçisi: Kamran Bayramov
18:00 Neftçi - Qaradağ Lökbatan 4:0
Qollar: Olanare, 23.-pen. Murad Qayalı, 72. -avt. Y.Boqomolski, 77. Şinyaşiki, 80.
Hakim: Kamran Əliyev
Neftçi Arena



