Karlos Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Əl-Nəsr"ə keçəcək. Kazemironu Kristiano Ronaldo razı salıb. Transferin qışda rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, Kazemiro və Kristiano "Real Madrid" və "Mançester Yunayted" klublarında komanda yoldaşları olublar.



