Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, mərhələnin ikinci günündə 2 qarşılaşma baş tutub.

“Dalğa Arena”da bölgə təmsilçiləri üz-üzə gəlib. “Araz-Naxçıvan” “Qəbələ”ni Bakıda qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Sumqayıtda şəhərin eyniadlı komandası “Neftçi” ilə görüşüb. Oyun "ağ-qaralar"ı 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ” 1:1 
Qol:Elvis Maşike, 45 - Samuel Tette, 11
Baş hakim: 
Rauf Allahverdiyev
“Dalğa Arena”

19:00 “Sumqayıt” – “Neftçi” 2:3 
Qollar: 
Elvin Bədəlov, 60, Kasimir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44 (pen), 45+3
Baş hakim: 
Rəşad Əhmədov
“Kapital Bank Arena”