"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub. Görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

00:00. "Braqa" (Portuqaliya) 2-4 "Qarabağ" (Azərbaycan) 

Qollar: Simon Baza, 44. Moutinyo, 90.-pen. -  Marko Yankoviç, 21. -pen. Abdullah Zubir, 54, 69. Juninyo, 65.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.