“Barselona” “Sevilya”nın müdafiəçisi Kleman Lanqlla maraqlanır.
Offsideplus.az xəbər verir ki, “Barsa” rəhbərliyi 22 yaşlı futbolçunu yayda transfer etmək niyyətindədi. Onun müqaviləsində transfer kompensasiyası 30 milyon qeyd edilib.
“Barselona” Klemanı Samuel Umtitinin yerinə transfer etməyi düşünür. Umtiti ilə yeni müqavilə məsələsində razılıq əldə etmək mümkün olmayıb.