Boca Juniors-da forma geyinən Karlos Teves maraqlı açıqlama ilə gündəmə düşüb.

Offsideplus.az xəbər verir ki, Argentina mətbuatına danışan Teves, futbolu sevmədiyini deyib:

“Futbolu sevmirəm. Televizorda Barselona - Real oyunu varsa, başqa kanalda qolf turniri yayımlansa, mən qolfu izləyərəm. Heç zaman futbol azarkeşi olmadım. Uşaqlıqda axmaqların olduğu bir məhəllədə yaşayırdım. Futbol oynamağı sevirdim, amma həmişə narkotik, silah və oğruların olduğu bir mühitdə idim”.

Teves karyerası ərzində Manchester United, Manchester City, Juventus kimi klublarda forma geyinib.