Bu gün Çempionlar Liqasında Liqa mərhələsində son turun görüşləri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, 8-ci turun bütün matçları eyni gün və saatda keçiriləcək. Komandalar növbəti mərhələ uğrunda son görüşlərini çıxacaq. Qeyd edək ki, daha əvvəl "Liverpul", "Barselona"nın 1/8 finala, “Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletiko”, “Bavariya”, “Bayer”, “Borussia Dortmund”, “Brest”, “İnter”, “Lill”, “Milan”, “Monako”, “Real Madrid”, “Seltik”, “Feyenoord”, “Yuventus"un isə ən az pley-offa vəsiqə qazandığı dəqiqləşib.
Həmçinin "Bolonya", "Jirona", "Zalsburq", "Leypsiq", "Slovan", "Sparta", "Srvena Zvezda", "Şturm", "Yanq Boyz" komandalarının artıq turnirlə vidalaşacağı məlumdur.
Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə yüksəlib. 25-36-cı yeri tutanlar avrokuboklarda iştkrakını başa vurur.
Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur
29 dekabr
00:00. "Barselona" (İspaniya) – "Atalanta" (İtaliya)
00:00. "İnter" (İtaliya) - "Monako" (Fransa)
00:00. "Ştutqart" (Almaniya) - PSJ (Fransa)
00:00. "Yuventus" (İtaliya) – "Benfika" (Portuqaliya)
00:00. PSV (Niderland) – "Liverpul" (İngiltərə)
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Brest" (Fransa) – "Real Madrid" (Madrid, İspaniya)
00:00. "Bayer" (Almaniya) – "Sparta" (Çexiya)
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Şaxtyor" (Ukrayna)
00:00. "Bavariya" (Almaniya) - "Slovan" (Slovakiya)
00:00. "Zalsburq" (Avstriya) - "Atletiko" (İspaniya)
00:00. "Jirona" (İspaniya) – "Arsenal" (İngiltərə)
00:00. "Aston Villa" (İngiltərə) – "Seltik" (Şotlandiya)
00:00. "Sportinq" (Portuqaliya) – "Bolonya" (İtaliya)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Milan" (İtaliya)
00:00. "Şturm" (Avstriya) – "Leypsiq" (Almaniya)
00:00. "Lill" (Fransa) – "Feynoord" (Niderland)
00:00. "Yanq Boyz" (İsveçrə) – "Srvena Zvezda" (Serbiya)