Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Dünya çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində fevralın 20-də Kosovoya qarşı keçiriləcək oyun üçün Bakıdakı hazırlığı yekunlaşdırıb.

Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri bu gün "Sərhədçi" Olimpiya-İdman Mərkəzində son məşqinə çıxıb. Hazırlıq prosesində 16 basketbolçu iştirak edib ki, bunlardan da 12-si səfərə aparılacaq.

Yeri gəlmişkən, komandamız bu gecə Bakı-İstanbul reysi ilə yola düşür. Türkiyədən isə Kosovonun paytaxtı Priştinaya uçacaq yığmamız sabah səhər saatlarında mənzil başına çatacaq. Basketbolçularımız sabah və fevralın 19-da bir məşqlə kifayətlənəcəklər.