Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandası Slovakiyanın Samorin şəhərində təşkil olunan Avropa Kubokunda 10 medal qazanıb.
Offsideplus.az xəbər verir ki, cüdoçularımız yarışda 2 qızıl, 2 gümüş və 6 bürünc medala yiyələniblər.
Avropa Kubokunun ikinci günündə Səid Şərifov (73 kq), Amin Mehdiyev və Abdullah Rəhmətov (hər ikisi 81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Beləliklə, yığmamız medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, yarışda Azərbaycan oğlanlar arasında 16 cüdoçu ilə təmsil olunurdu.