Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Feyenoord" "Bayern"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, Niderland təmsilçisi almanlara şok yaşadıb.

Oyunda hesabı 21-ci dəqiqədə Santiaqo Ximenez açıb. İlk hissənin sonlarında penaltini dəqiq yerinə yetirən Ximenez fərqi iki topa yüksəldib. 89-cu dəqiqədə isə Ayase Ueda 3-cü qolu Almaniya nəhənginin qapısından keçirib.

Beləliklə meydan sahibləri 3 cavabsız qolla qalib gəlib.