Qurban Qurbanov "Qarabağ" - "Dinamo" oyunu öncəsi komandanın sağlamlıq durumunu açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, komandada 1 itki var, digəri isə qeyri-müəyyəndir:

"Marko Veşoviçin ümumi durumu pis deyil. Srağagündən komanda ilə məşqlərə qoşulub. Bu gün də komanda ilə məşqi sona qədər etməlidir. Müayinədən sonra həkim təsdiq versə, ola bilsin ki, sabahkı oyunun iştirak ərizəsinə daxil edilsin. Marko Yankoviç isə hələ də fərdi məşqlər edir", - Q.Qurbanov qeyd edib.

Xatırladaq ki, "Qarabağ" sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Dinamo" ilə ÇL-nin pley-off mərhələsi üzrə cavab oyununa çıxacaq.