"Sabah bizi gərgin və maraqlı oyun gözləyir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə "Dinamo"ya qarşı Çempionlar Liqasının pley-offunun cavab oyunu çərçivəsində baş tutan mətbuat konfransında söyləyib.

O, sabah saat 20:45-də başlayacaq oyunla bağlı fikirlərini bölüşüb:

"Ümidliyəm, oyuna yaxşı hazırlamışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, mərhələ adlayan tərəf olaq".