UEFA Çempionlar Liqasının pley-offunun cavab oyunu çərçivəsində "Qarabağ" sabah "Dinamo" ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:

"Oyunun mahiyyəti bəllidir. Vacib oyundur, hesabda geridə olsaq da, ÇL-nin qrupunda iştirak etmək üçün böyük şansdır. Komanda pis hazırlaşmayıb. Baxmayaraq ki, 3 top geridəyik, inam var. Hazırlıq yaxşı keçdi. Qalibiyyət üçün hər şey etməyə çalışacağıq. İstərdik ki, sizlər, azarkeşlər oyundan razı qalsın. Final oyunu kimi hazırlamışıq. Rəqibi tanıyırıq. Futbolçularıma inanıram. Sabah yaxşı nəticə əldə etmək üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır".