UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo" matçının hakimlər briqadası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, oyunu məşhur ingilis referi Maykl Oliver idarə edəcək. Ona Stüart Bört, Li Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. 

Oyunda video köməkçi hakim Stüart Atvell, köməkçisi isə Timoti Vud olacaq.

Qeyd edək ki, görüş 28 avqust saat 20:45-da başlayacaq. "Qarabağ" ilk oyunda 0:3 hesabı ilə məğlub olub.