UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Offsideplus.az xəbər verir ki, bu günə qədər 24 700 bilet satılıb.

Avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

1. iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

2. Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

3.Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.