"Qarabağ" pis oyun nümayiş etdirmədi. Qol imkanları olsa da, bu fürsətlərdən yararlana bilmədilər. Oyun xorvatların bir qollu qələbəsi ilə də başa çata bilərdi".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Azər Bağırov Çempionlar Liqasının pley-offunda baş tutan "Dinamo" - "Qarabağ" oyunu haqqında danışarkən bildirib.

Mütəxəssis cavab oyunu üçün az da olsa ümidlərin olduğunu qeyd edib:

"Müdafiədə müəyyən səhvlər oldu, bəzi epizodlarda oyunçular tələsik davrandılar. Rəqibin də ustalığını qeyd etmək lazımdır. "Qarabağ"dan səfərdə qələbə gözləyənlər də az deyildi. Amma, bəzən uduzmağı da bacarmaq lazımdır ki, düzgün analiz edib daha böyük uğurlara imza atasan. Düşünürəm ki, Bakıdakı oyun daha rahat olacaq. Doğma meydan, azarkeş amili komandaya kömək edəcək. İnanırıq ki, "Qarabağ" Bakıda 3 top fərqini aradan qaldıracaq. Komandımızın dəfələrlə uğurlu geridönüşlərini görmüşük. Çox çətin görsənir, amma mümkünsüz deyil".