"Komandamız üçün olduqca vacib bir oyundur. Çox istərdik ki, "Qarabağ" mərhələni adlayıb yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın".

Bu sözləri Offsideplus.az-a açıqlamasında İlqar Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq "Dinamo"-"Qarabağ" görüşü haqqında danışarkən bildirib.

Mütəxəssis komandamıza ümidlərin böyük olduğunu qeyd edib:

 "Təcrübəli rəqibə qarşı çətin oyun olacaq. "Köhlən atlar" indi yaxşı formadadır. Düşünürəm ki, təmsilçimiz səfərdən ən azı bərabərliklə qayıda bilər".