"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Dinamo"nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, böyük məbləğdə gəlir əldə edəcək. 

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4,29 milyon avro qazanacaq. "Dinamo"nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18,6 milyon avro ödəyəcək. 

Cari mövsüm UEFA Çempionlar Liqasında hər qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 000 avro verəcək.

Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək.

Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 000 avro veriləcək.