Avropada yeni bir rekorda imza atan "Qarabağ"ın bu nailiyyəti rəsmiləşdirilib.

Offsideplus.az xəbər verir ki, İFFHS avrokubokların əlavə vaxtında ən çox qol vuran komandalarla bağlı yenilənmiş siyahısını yayımlayıb.

"Qarabağ"ın bu siyahıya daxil olduğu bildirilən məlumatda, Azərbaycan çempionunun tarixə 5-ci komanda kimi düşdüyü vurğulanıb. Bu, bir oyunun əlavə vaxtında 4 qol vuran klublar arasında yer alması ilə əlaqədardır.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”ə qarşı səfərdə oynayan "Qarabağ"ın bu uğuru xüsusilə diqqət çəkir. Bakıda 1:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası Bolqarıstanda 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda isə Ağdam təmsilçisi 4 qol vuraraq tarixi bir qələbə əldə edib.