"Dinamo" (Zaqreb) "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off matçına itki ilə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında rəqib komandanın baş məşqçisi Sergey Yakiroviç futbolçuların sağlamlıq durumu barədə danışıb. Bosniyalı mütəxəssis komandada ciddi itkilərin olmadığını bildirib. 

"Kapitan Ariyan Ademidən başqa hər kəs sağlamdır. Onun son durumu məşq toplanışından sonra bəlli olacaq". 

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı 20 avqust Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.