Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçından əvvəl mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, Q.Qurbanov 20 avqust saat 23:00-da başlayacaq oyun barədə fikirlərini açıqlayıb:

“Zaqrebdə olmaq bizə xoşdur. Güclü komandaya qarşı oynayacağıq. Rəqibin çox yaxşı azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, bu stadionda, belə azarkeşlər qarşısında oynamaq bizə çox xoş olacaq. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdir. İstəyimiz çoxdur. Çünki üçüncü dəfə əlimizə belə şans düşür. Çox istərdik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım oyuna hazırdırlar. Bir neçə itkimiz var. İnanıram ki, futbolçular sabah meydanda nizam-intizamlı oyun quracaqlar. Düşünürəm ki, azarkeşlər üçün çox yaxşı bir matç olacaq”.