"Dinamo" və "Qarabağ" arasında keçiriliəcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunun təyinatları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, sözügüdən matçı isveçli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Qlenn Nüberq olacaq. Yan xəttə Maxbod Beyqi və Andreas Sederkvist iş başında olacaqlar. Qarşılaşmanın 4-cü hakimi isə Adam Ladabek olacaq.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.